Deputatlar Minskə gedəcəklər

18 Sentyabr 2012 08:21 (UTC+04:00)
Millət vəkilləri Əli Hüseynlinin və Rüfət Quliyevin sentyabrın 20-dən Belarusun Minsk şəhərinə səfərləri planlaşdırılır.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, deputatlar MDB Parlament Assambleyasının müşahidə missiyasının tərkibində Milli Şuranın Nümayəndələr Palatasına keçiriləcək parlament seçkilərini izləyəcəklər. Səfər sentyabrın 24-də yekunlaşacaq.

İlkin
AzNews.az