Aygün Kazımova: “İşini bilməyənlərdən yorulmuşam”

18 Sentyabr 2012 08:23 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova yeni mahnısı təqdim etməyə hazırlaşır. AzNews.az-a danışan A.Kazımova bildirib ki, lirik janrda olan "Nə vaxtsa" adlı mahnının sözləri Leyli İsrafilova, musiqisi Hakan Erola məxsusdur.

"Mahnı Azərbaycanda və Türkiyədə aranjiman olunub. Aranjimanın müəllifi də Hakan Erola aiddir. Mahnı məhz mənim üçün yazılıb", - Xalq artisti çalşıdığı yaradıcı heyətlə onu ancaq təmənnasız yaradıcılıq münasibətləri bağladığnı söyləyib. A.Kazımova işi bilməyən insanlardan yorulduğunu açıqlayıb.

"Mən işdən yorulmuram. İşi bilməyənlərdən yoruluram. Amma işləmək mənə güc, qüvvət verir. Öz işimlə hormoniyadayam. Məni xoşbəxt edən sənətimdir", - müğənni fikrini tamamlayıb.

Fuad Mədətov
AzNews.az