Azərbaycanlı milyarder Ebru Gündəşə 18 milyon avro xərclədi

18 Sentyabr 2012 08:54 (UTC+04:00)
Azərbaycanlı milyarder Rza Zərrab həyat yoldaşı Ebru Gündəşi xoşbəxt edə bilmək üçün pul kisəsinin ağzını açıb. 13 milyon dollarlıq villa, 2 milyon dollarlıq ofis, 1 milyon türk lirəsinə Bodrumda bağ evi və yaza bilmədiyimiz çoxlu-çoxlu dəyərli yatırımlar.

Rza may ayında da həyat yoldaşı üçün 960 min avroluq "Kralların avtomobili" hesab edilən, məşhur İngilis markası Rolls-Royceun Phantom modelindən sifariş etmişdi. Kraliça Elizabethin xüsusi icazəsi ilə xaricə satıla bilən Gündəşin Rolls-Royce Phantomu dünən Türkiyədəki Galeriyə gətizdirilib. Rza isə bildirib ki, bu, Ebru için edəcəklərinin hələ başlanğıcıdır.

Əminə
AzNews.az