2013-cü ildə İrana hücum olacaq

18 Sentyabr 2012 11:25 (UTC+04:00)


"2013-cü il ABŞ-İran müharibəsi ili olacaq". Bunu Amerikanın İsraildəki keçmiş səfiri Martin İndik "CBS" kanalına verdiyi müsahibədə bildirib. Keçmiş səfir gələn il üçün müharibə proqnozu verərək hələlik İrana qarşı hərbi güc tətbiq etməyin zamanının çatmadığını vurğulayıb.

M.İndik İranın nüvə proqramına işarə edərək "İran öz nüvə proqramını davam etdirir, lakin hələlik nüvə silahına yiyələnməyib. Lakin nüvə silahı əldə etməyə az bir zamanı qalıb" deyə qeyd edib.

Son həftələrdə oxşar fikirlərlə İsrail rəsmiləri də çıxış edib. İsrailli yetkililər ABŞ-ın İrana qarşı təzyiqlərinin artırılmasını və İranın nüvə proqramını dayandırmasını tələb edirlər.

Alpər
AzNews.az