Ölkəyə 10 ton qızıl gətirilidi

18 Sentyabr 2012 12:07 (UTC+04:00)


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yeni investisiya alətlərinin tətbiqi çərçivəsində artıq 10 ton qızıl alıb. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

APA-nın məlumatına görə, Şahmar Mövsümov deyib ki, hazırda həmin qızıl London banklarında saxlanılır və onun Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq gedir: "ARDNF ölkəyə gətiriləcək qızılın gömrük rüsumlarından azad olunması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bu məsələ həll olunandan sonra qızılın ölkəyə gətirilməsinə başlanacaq. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanacaq".

Ş.Mövsümov onu da deyib ki, ARDNF-ın gələn il üçün büdcə layihəsinin hazırlanması prosesi başa çatmaqdadır: "Layihədə ARDNF tərəfindən iri neft-qaz layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. İndiyədək fond xarici şirkətlərin səhmlərinin alınmasına 200 mln. dollar vəsait yatırıb. İlin sonunadək bu məbləğ 600 mln. dollara çatdırılacaq. Yaxın günlərdə fond bir neçə ölkədə daşınmaz əmlak alacaq".

AzNews.az