Sumqayıtda Futbol Məktəbləri

18 Sentyabr 2012 12:41 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Açıq Əyləncəli Futbol Məktəblərinin təntənəli açılışı keçirilib. Tədbirdə 200 nəfərə yaxın uşaq və 12 məşqçi iştirak edib.

Sumqayıtda açılan Açıq Əyləncəli Futbol Məktəbi bu il ölkəmizdə fəaliyyət göstərəcək 10 məktəbdən biridir. Yaxın günlərdə Qusar, Ağdam, Bərdə, Yevlax, Oğuz, Astara, Masallı, Yardımlı və Mingəçevirdə Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başlayacaq.

Qeyd edək ki, məktəblərdə çalışan məşqçi və liderlər bu il iyulun 8-dən 12-dək Gürcüstanın paytaxtı Tbilsidə və Oğuz rayonunda təşil olunan hazırlıq kurslarında iştirak ediblər.

AzNews.az