İranda Azərbaycan dilində televiziya açılır

14 Oktyabr 2014 15:22 (UTC+04:00)


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri Ezzatollah Zarghami oktyabrın 14-də keçirilən mətbuat konfransında deyib.

E.Zarghami bildirib ki, həmin kanalda Azərbaycanda çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Bundan başqa, televiziya iki ölkə arasındakı əməkdaşlığı, mədəni əlaqələri də işıqlandıracaq: "Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".

E.Zarghaminin sözlərinə görə, İran "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace-1"dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".

İran rəsmisi səfər çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunduğunu da bəyan edib.