Cəbhədə döyüşlər davam edir

19 Sentyabr 2012 07:47 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində; Xocavənd rayonunun işgal olunmuş Kuropatkino; Tərtər rayonunun Qızıloba; Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında; Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

İlkin
AzNews.az