Dünya çempionatında biabırçılıq

19 Sentyabr 2012 07:48 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Hollandiyanın Apeldorn şəhərində şossedə velosiped idmanı üzrə dünya çempionatı keçirilir.

Yaşı 23-dən yuxarı olan idmançılar arasında 36 kilometrlik məsafəyə fərdi yarışmada Azərbaycan velosipedçisi Tural İsgəndərov da iştirak edib.

İdmançımız, 68 iştirakçı arasında 52-ci yeri tutub. Yarışın qalibi isə rusiyalı Anton Vorobyov olub.

Aynur

AzNews.az