Yaponiya və Koreya XDR yığmaları da gəldi

19 Sentyabr 2012 08:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir. Kanada, Kolumbiya, Çin, Qambiya və Nigeriya milli yığmalarının ardınca bu gün futbol üzrə U-17 qadınlardan ibarət Yaponiya və Koreya Xalq Demokratik Respublikasının milli komandaları da artıq Azərbaycana gəlib.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Qarşılama ənənəsinə sadiq qalaraq, Top Top Qız bu dəfə də qonaqlara gül buketləri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib.

Daha sonra isə qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət Yaponiya və Koreya XDR milli komandalarının oyunçuları qalacaqları otelə gediblər. Komanda heyəti bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.

AzNews.az