Məmur faciəvi şəkildə öldü- Qusarda

19 Oktyabr 2014 11:30 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, Qusar polis şöbəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində ölənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu, 1956-cı il təvəllüdlü Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov olub. O, Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub.

Hadisə Qusarın Kirik kəndində baş verib. Qəza zamanı "Mitsubishi" markalı avtomobili idarə edənin kimliyi müəyyənləşib.

Xatrıladaq ki, oktyabrın 18-i "Mitsubishi" markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər ölənin meyitini deformasiyaya uğramış avtomobildən çıxarıblar.