Bu qız Müsavat gənclərinə rəhbərlik edəcək?- Fotolar (YENİLƏNİB)

19 Oktyabr 2014 20:27 (UTC+04:00)
"Qafqazinfo"nun məlumatına görə, yeni sədr xanım müsavatçı Səma Qəbulovadır.

Qeyd edək ki, təşkilatın keçmiş sədri Əhliman Abbas oktyabrın 12-də istefa verərək partiya sıralarından gedib.

20:31
***

Müsavatdan bu dəqiqələrdə AzNews.az-a daxil olan məlumata görə, Səma Qəbulovanın partiyanın Gənclər Təşkilatına sədr seçilməsi hələ dəqiqləşməyib:
"Müsavat partiyasının Gənclər Təşkilatına rəhbərlik etmək üçün Səma Qəbulovanın seçilməsi sadəcə kimlərinsə fikri ola bilər. Bununla bağlı rəsmi heç nə yoxdur. Müvəqqəti sədrliklə bağlı iclas sabah keçiriləcək. Ola bilər ki, fikir dəyişilsin".


Bu arada Səma Qəbulova özünün facebook səhifəsində də sədr seçilmədiyini bildirib: "Müsavat Gənclər Təşkilatının müvəqqəti sədrlik postuna namizədəm. Səsvermə sabah olacaq".


AzNews.az