Bakıda avtomobil aşdı - Ölən və xəsarət alanlar var

20 Oktyabr 2014 08:59 (UTC+04:00)


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Nəticədə, Q.Əliyev, sərnişinləri - 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə xəstəxanaya yerləşdiriliblər. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb.