Mənzildən külli miqdarda pul oğurlayan şəxs tutuldu

20 Oktyabr 2014 09:40 (UTC+04:00)


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 30-dan oktyabrın 16-dək olan müddətdə Maştağa qəsəbəsi Xanlar yeni yaşayış sahəsində yaşayan Gülçöhrə Tapçiyevanın evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 6 min manat, 1215 ABŞ dolları və ev əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramin Məmmədov tutulub.