571 tələbə Harvard, Oksford-a göndərilir

20 Oktyabr 2014 10:06 (UTC+04:00)


Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil olub.

Bu barədə AzNews.az-a Təhsil nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Bu tələbələr Harvard, Oksford, HEC Paris kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər"-deyə Nazirlikdən bildiriblər.


Gültəkin ƏLƏSGƏR
AzNews.az