Qazaxıstan vətəndaşı Bakıda həbs edildi

20 Oktyabr 2014 12:01 (UTC+04:00)


AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 123-cü (adam oğurluğu) və 170-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Qazaxıstan vətəndaşı Eldar Panagi tutulub.


AzNews.az