Hacıqabulda ər-arvad diri-diri yandı

20 Oktyabr 2014 12:11 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də saat 18 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yüksək gərginlikli elektrik xəttinin biri qırılaraq şəhər sakini Ayət Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üstünə düşdüyündən yanğın baş verib.

Nəticədə sürücü A.Abdullayev və sərnişini - arvadı Seyran avtomobildə yanaraq ölüblər.