Bakıda bina yanır - VİDEO

20 Oktyabr 2014 12:57 (UTC+04:00)


"Qafqazinfo"nun verdiyi xəbərə görə, Qara Qarayev prospekti, bina 94, blok 6 ünvanında qeydə alınıb.

Neftçilər metrosu yaxınlığında yerləşən binanın 1-ci mərtəbəsində xəstəxana – qadın məsləhətxanası yerləşir. Sakinlər bildirir ki, bundan əvvəl də bir neçə dəfə yanğın baş verib. Yanğının binanın zirzəmisindən başladığı bildirilir. Tüstü bütün binanı əhatələdiyi üçün evlərə də daxil olub. Sakinlərin verdiyi məlumata görə, tüstüdən qismən boğulan sakinlər binadan təxliyə olunub.