Ərdoğan Obama ilə İŞİD-dən danışdı

20 Oktyabr 2014 15:14 (UTC+04:00)


AzNews.az xəbər verir ki, liderlər Suriya və İraqda baş verən son durumu müzakirə ediblər.

Türkiyə və ABŞ prezidentlərinin danışıqlarının əsas predmeti yenə də "İslam Dövləti" olub.

Tərəflər Kobanidə davam edən gərginliyi aradan qaldırmaq üçün bir sıra məsələlərə də toxunublar.

Ərdoğan və Obama İD-ə qarşı mübarizə aparmaq üçün hər iki ölkənin bundan sonra da əməkdaşlıq edəcəyini bildiriblər.


Xəyal Əzizov
AzNews.az