XİN “Amerikanın səsi”nə etiraz etdi

20 Oktyabr 2014 15:35 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev "Amerikanın səsi" radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar hazırladığı verilişə dair şərhində deyib. O bildirib ki, "obyektivlik" və "qərəzsizlik" prinsiplərindən danışan "Amerikanın səsi" radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır: "Radionun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir. "Amerikanın səsi" radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir".