Bakıda diplomatik müşavirə keçiriləcək
19 Sentyabr 2012 13:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
O bildirib ki, tədbirin məqsədi diplomatik missiyaların yeni məqsədlərini müəyyən etməkdir: "Toplantı iştirakçıları əvvəlcə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edəcəklər. Müşavirədə nazir Elmar Məmmədyarov iştirak edəcək. Tədbirdə Prezident İlham Əliyevin müraciəti oxunacaq. Müşavirədə Azərbaycanın 70-ə yaxın diplomatik nümayəndəsinin iştirakı planlaşdırılır".
AzNews.az