Emin ABŞ-ın məşhur jurnallarının posterində - FOTOSESSİYA

19 Sentyabr 2012 13:52 (UTC+04:00)
Məşhur müğənni və bəstəkar Emin Ağalarov sentyabr ayının 17-dən etibarən ABŞ-da səfərdədir. AzNews.az-ın müğənninin rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi Eminin "Baby Get Higher" sinqlına dəstək vermək və ABŞ-ın tanınmış KİV nümayəndələri ilə görüşmək, radio və televiziya verilişlərində iştirak etməkdir.

Dünən Emin ABŞ-ın tanınmış "Sirius XM Radio", "Anderson Cooper TV Show" və "Hollywoodlife.com" KİV-lərində görüşü keçirilib. Bu gün isə o, "Wall Street Journal", "Huffington Post" və "AOL", "Getty Photos", "US Weekly Magazine", "Entertainment Tonight", "Meeting at NBC" və "Billboard Magazine" KİV redaksiyalarında qonaq olub.

Müğənni ABŞ-da yerləşən Rus Çay Evində "Red Carpet TV", "Huffington Post" və "AOL News"a müsahibə verərkən, Bakıda "Crystal Hall"da məşhur müğənni Cenifer Lopezlə gözlənilən birgə çıxışından danışıb.

"Billboard" jurnalının redaksiyasında qonaq olan Emin yeni ofislə və redaksiyanın kitabxanasıyla tanış olub.

Emin ABŞ-ın tanınmış "Wall St Journal" dərgisinə müsahibə verərkən, dərginin keçmiş musiqi redaktoru, jurnalist Çak Teylorla söhbət edib.

Qeyd edək ki, Eminin "Walk Through Walls" adlı yeni, sayca dördüncü sinqli hal-hazırda Böyük Britaniya radiostansiyalarda yayımlanır və onun 3 sinqlı top 40-a yer alıb. Rusiyada Eminin "Heart Keeps Beating" adlı mahnısı isə daha populyardır. Emin mahnını ilk olaraq həm ingilis, həm də rus dillərində yazıb.

Fuad Mədətov
AzNews.az