Bakıdan Sumqayıta relsli nəqliyyat marşrutu açılacaq

21 Oktyabr 2014 11:11 (UTC+04:00)


Bu barədə AzNews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib.

O bildirib ki, Ələtdə ikinci aeroportun tikilməsi ilə əlaqədar həmin ərazidə nəqliyyatın inkişafı Böyük Bakının Regional İnkişaf Planında nəzərdə tutulub. Komitə sözçüsü 2014-2015-ci illərdə ictimai nəqliyyat vasitələri üzrə yeni marşrutların açılmasının da nəzərdə tutulduğunu söyləyib:

"Sumqayıt sənaye qütbü və Ələt inkişaf qütbü kimi inkişaf etdiriləcək. Ələtdə ikinci aeroport tikiləcək. Bakıdan Ələt, Sumqayıt və və H.Əliyev adına Hava Limanı istiqamətində relsli ictimai nəqliyyat marşrutları açılacaq. Kənd təsərrüfatı istehsalı, milli parkların yaradılması və ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulmuş ərazilərin mühafizə olunması, eləcə də su hövzələrinin təmizlənməsi və regional parklara çevrilməsi Böyük Bakının Regional İnkişaf Planında nəzərdə tutulub".


Gültəkin ƏLƏSGƏR
AzNews.az