Amaliya Pənahova: “Burda bir qəbahət var?”

21 Oktyabr 2014 12:17 (UTC+04:00)


"Burda bir qəbahət var? O şəkilləri "Furror" jurnalı üçün çəkdirmişəm. Mən sosial şəbəkələrdə varam, səhifəm var, amma mənim vaxtım yoxdur ki, ora tez-tez baxam. Bu işlə köməkçim məşğuldur".

Qısa ətəkdə göz oxşayan aktrisa AzNews.az-a şəkillərlə bağlı bunları əlavə edib: "Mən sənətkaram, səhnədəyəm. Səhnə isə gözəllik tələb edir. Aktrisa həmişə görkəmdə olmağı bacarmalıdır".


Bahar RÜSTƏMLİ
AzNews.az