Azərbaycanlı alim qızıl medal aldı

21 Oktyabr 2014 12:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, İnstitutdan bildiriblər ki, mükafat alimə milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, epos, nəsr sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına görə verilib.

M.İmanov gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının hazırlanmasında da səmərəli xidmətlər göstərib.