Atəşkəs 9 ayda 3335 dəfə pozuldu

21 Oktyabr 2014 13:11 (UTC+04:00)


APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, cari ilin ötən dövründə baş vermiş atəşkəs pozuntularının əsas hissəsi - 1543 hadisə yanvar ayına düşüb. Sentyabr isə cəbhədə 9 ayın "ən sakit" ayı sayıla bilər - 103 dəfə atəşkəs pozuntusu baş verib.

Ümumilikdə, yanvarda 1543, fevralda 258, martda 229, apreldə 212, mayda 260, iyunda 344, iyulda 414, avqustda 332, sentyabrda 103 atəşkəs pozulması faktı qeydə alınıb. İyul ayının son, avqust ayının ilk günləri isə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib.

Atəşkəsi pozan Ermənistan Ordusunun mülki sakinləri hədəfə alması nəticəsində 1-i qadın olmaqla, 5 mülki sakin yaralanıb.