BDU Tirana Texniki Universiteti ilə memorandum imzaladı

21 Oktyabr 2014 13:14 (UTC+04:00)


AzNews.az xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Albaniya arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.

Ölkəmizdə təhsilə böyük önəm verildiyini bildirən rektor rəhbərlik etdiyi universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb.

İlir Metan elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Albaniyanın Tirana Texniki Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.