Fransanın Azərbaycandakı səfirliyində həyəcan

19 Sentyabr 2012 14:55 (UTC+04:00)


Fransanın Azərbaycandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir. Fransanın Azərbaycandakı səfirliyindən AzNews.az-a bildiriblər ki, Fransa bütün dünya ölkələrində olduğu kimi, Azərbaycandakı səfirliyində də təhlükəsizlik tədbirlərini gücləndirir.

Qeyd edək ki, Fransada nəşr edilən "Charlie Hebdo" həftəlik satirik jurnalının bu gün satışa çıxacaq yeni sayında Məhəmməd Peyğəmbərin karikaturası yer alacaq. Bu, artıq indidən dünya müsəlmanlarının hiddətinə səbəb olub.

Ədil
AzNews.az