Daha bir məhbus həbsxanada evləndi - FOTOLAR

21 Oktyabr 2014 15:22 (UTC+04:00)


AzNews.az qurumun saytına istinadən xəbər verir ki, bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin Məmmədova və Akim Abbasov tərəfindən Mahmudov Nizami Əmir oğlunun vətəndaş Məmmədova Gülnar Müzəffər qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN" xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


AzNews.az