İlham Əliyev başsağlığı verdi

21 Oktyabr 2014 15:26 (UTC+04:00)


AzNews.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab prezident, "Total" şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".

Azərbaycan prezidenti İlham Əliyev, həmçinin "Total" şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin ailəsinə də başsağlığı verib.

Başsağlığında deyilir: "Total" şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm".