İranda iki günlük matəm elan olundu

21 Oktyabr 2014 15:40 (UTC+04:00)


Bununla əlaqədar İranda iki günlük matəm elan olunub.

Ayətullah Məhəmmədrza Məhdəvi Kəni İran İslam İnqilabından sonra ölkədə bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2011-ci ildə Əli Əkbər Haşimi Rəfsəncaninin Xübrəqan Məclisinin sədrliyindən istefa verdikdən sonra bu vəzifəyə seçilmişdi.

Xübrəqan Məclisi İranın mühüm hakimiyyət orqanlarından biridir. Bu qurumun səlahiyyətlərinə İranın Ali Rəhbərinin fəaliyyətinə nəzarət etmək, Ali Rəhbəri seçmək və onu vəzifədən uzaqlaşdırmaq daxildir.