“Tərbiyəsizlik o həddə çatdı ki...”- MTRŞ-dan ANS-ə

21 Oktyabr 2014 17:30 (UTC+04:00)



"Qafqazinfo" xəbər verir ki, Təvəkkül Dadaşov bu barədə "facebook" səhifəsində yazıb;

"ANS-də şənbə günləri "Comedi.az" adlı yumoristik veriliş gedir. Veriliş başdan-ayağa "qara yumor", qeyri-etik sətiraltı məzmunlu "zarafatlar"dan ibarətdir. Studiyaya yığışan qonaqların çoxu da qadınlar, qızlar olur. Fikir vermişəm, sonuncudan əvvəlki buraxılışlarda intim bir səhnəcik göstəriləndə, tərbiyədən uzaq ifadə işlədiləndə kişilər-oğlanlar qalırdı bir qıraqda, həmin qız-qadınlar gülməkdən uğunub gedirdilər. Amma sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki, hətta hər şeyə gülən o qız-qadınların sifətində bir ikrah görünürdü. Zaldan gülüş səsləri kəsilmişdi. Məncə, bu, kanala, verilişi hazırlayanlara bir siqnal olmalıdı. Çünki öz daimi qonaq-tamaşaçıları belə, narazı görünürdü. Bu qədər də olmaz da...zarafatın, yumorun da həddi olmalıdır".