Avtobus partladıldı- 4 hərbçi həlak oldu

21 Oktyabr 2014 18:27 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb. Hadisə beynəlxalq təhlükəsizlik qüvvələrinin bu ilin sonunda Əfqanıstanı tərk etməyə hazırlaşdığı vaxt ölkənin bir çox yerlərində demək olar hər gün baş verən zorakılıqlardan biridir.

Taliban Əfqanıstanın Qərb tərəfindən dəstəklənən hökuməti və xarici qüvvələrin ölkədə mövcudluğuna qarşı çıxır. Qrup Əfqanıstan və NATO qüvvələrinə qarşı son aylar mütəmadi hücumlar təşkil edir.