ABŞ-ın silahları İŞİD-in əlinə belə keçdi - Video

21 Oktyabr 2014 18:37 (UTC+04:00)


Axar.az xəbər verir ki, ABŞ-ın İŞİD-lə savaşan kürdlərə paraşütlə göndərdiyi silahların bir qismi terrorçuların əlinə düşüb.

İŞİD-in ələ keçirdiyi silahlar arasında əl bombaları, RPQ raket güllələri və qida vəsaitləri var.
ABŞ Silahlı Qüvvələri kürdlərə havadan göndərdiyi silah ləvazimatlarının İŞİD tərəfinə düşdüyünü, ancaq terrorçuların əlinə düşməməsi üçün sila-sursatın məhv edildiyini açıqlamışdı.

YPQ (Demokratik Birlik Partiyası) komandiri ABŞ-ın 27 paket silah yardımı göndərdiyini və 27-nin də özlərinə çatdığını bildirib. YPQ həmçinin qeyd edib ki, İŞİD tərəfinə düşən paketlərdən xəbərdar olmadığını deyib.