“Koroğlu” üverturası Daşkənddə səslənəcək

22 Oktyabr 2014 07:23 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunacaq konserti Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayət edəcək.

Fərhad Bədəlbəyli konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertura, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Fikrət Əmirov və Elmira Nəzirovanın "Ərəb mövzusunda fortepiano üçün konsert", Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita və Nurulla Zakirovun "İstadim" vocal-simfonik poemasından fraqmentləri ifa edəcək.