Ağdaşda adam öldürən Rusiya vətəndaşı təslim oldu

22 Oktyabr 2014 12:18 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, Ağdaş rayonunun Qarağan-Şıxlar kənd sakini İsgəndər Umarovu qətlə yetirmiş Ərəstun Əşrəfli könüllü olaraq təslim olub.

Oktyabrın 20-də Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində kənd sakini İsgəndər Umarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli könüllü olaraq rayon prokurorluğuna gəlib və təslim olub.


AzNews.az