“Kobani tutulsa, “böyük Kürdüstan” xəyalı bitəcək” – Millət vəkili

22 Oktyabr 2014 12:49 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Abdullah Öcalanı Türkiyəyə gətirən komandir kimi tanınan Engin Alan Türkiyə və dünyanın gündəmində olan Kobani ilə bağlı açıqlama yayıb.
"Oda" televiziyasına müsahibə verən Engin Alan, Bərzani və PKK haqqqında da danışıb: "Hadisənin özü Kobani filan deyil. Hadisənin özü orada, şimal Suriyada "Qərbi Kürdüstan" qurmaqdır. Kobani tutulsa, sıra Rajovanın digər yerlərinə - Efrinə, Cəzirəyə gəlir və beləcə "böyük Kürdüstan" xəyali bitər. Bir də başqa məsələ var. Bərzani "böyük Kürdüstanın lideri mən olacağam"` deyir. Rojava isə PKK-ya bağlı əraziləri və Kobanini özünə istəyir", - deyə millət vəkili vurğulayıb.