İsa Qəmbərin müşavirinin qızı dəfn edildi

22 Oktyabr 2014 13:57 (UTC+04:00)


AzNews.az xəbər verir ki, dəfn mərasimində İsa Qəmbərlə yanaşı Müsavat partiyasının üzvləri və ölkənin müxalifət nümayəndələri də iştirak edib.

A.Quliyeva bu gün Bakı qəbristanlığının birində dəfn olunub.

Qeyd edək ki, mərhumə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bakı şəhərində Nizami Rayon Məhkəməsində çalışıb. O, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkib.

Allah rəhmət eləsin!

Bahar RÜSTƏMLİ
AzNews.az