Sakinlərin nəzərinə: su olmayacaq

22 Oktyabr 2014 15:53 (UTC+04:00)


"Azərsu" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar 23 oktyabr 2014-cü il tarixdə Ruhulla Axundov, Füzuli, 28 May, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.


AzNews.az