Putinlə bağlı şok iddia

22 Oktyabr 2014 20:45 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Almaniya mətbuatı çıxış edib.

Almaniyanın N-TV telakanalının internet səhifəsində yer alan məlumatda bildirilir ki, Putin Polşanın sabiq baş naziri Donald Tuska Ukraynanı bölüşdürmək barədə təklif irəli sürüb. Belə ki, baş nazir 2008-ci ildə Moskvaya səfər edərkən Putinlə görüşüb. Mətbuata bağlı keçirilən görüşdə Putin Tuska deyib ki, Ukrayna əslində süni yaradılmış bir dövlətdir və Lemberq şəhəri Polşaya aiddir.

Tusk isə Putinin Ukraynanı bölüşdürmək təklifinə heç bir cavab verməyib.

Polşa və Rusiya hökumətləri hələlik bununla bağlı heç bir açıqlama verməyib.