Qurban Qurbanov Kiyevdə iddialı danışdı

23 Oktyabr 2014 07:31 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Qurban Qurbanov fikirlərini belə bölüşüb: "Bizi çətin oyun gözləyir. Rəqibimiz həqiqətən yaxşı oyun sərgiləyir. Zədəli futbolçularımız olsa da biz bunu düşünməli deyilik,oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var. Bilirik ki "Dnepr" də bu oyuna qələbə üçün çıxacaq, amma biz də əlimizdən gələni edib baxımlı futbol sərgiləyərək Bakıya uğurlu nəticə ilə dönməyə çaışacağıq".

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı bu gün saat 00:05-də start götürəcək.

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.