Tələbə qızın qatili bacısıdır - ŞOK

23 Oktyabr 2014 08:09 (UTC+04:00)


Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qatili məlum olub.

Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın anspress-ə verdiyi məlumata görə, gənc tələbəni elə onun öz doğma bacısı kəsib.

Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. Bacısını qətlə yetirən Pərvanə Nuriyeva saxlanılıb. Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir", - deyə Şəbnəm Məmmədova bildirib.

Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.

Qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Etibar Nuriyev tanınmış biznesmendir.

Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.