Qubad İbadoğlu müsavatçıların piketinin əleyhinə çıxdı

23 Oktyabr 2014 10:05 (UTC+04:00)


Qubad İbadoğlu AzNews.az-a açıqlamasında deyib ki, Məhəbbət Muradovla bağlı keçiriləcək piketi dəstəkləmir: "Bu, Hüseyn Məlikin təklifidir. Bizim elə qərarımız yoxdur. Mən müsavatçıların partiya qərargahı qarşısında piket keçirməsi təklifini dəstəkləmirəm. İnanıram ki, partiyadaxili müzakirələr və dialoq üçün imkanlar tükənməyib".

Xatırladaq ki, H.Məlik M.Muradovla bağlı etiraz aksiyasının keçirilməsində Qubad İbadoğlunun tərəfdarlarının ümumi razılığı olduğunu bildirmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az