Murad Aşurlunun meyiti tapıldı

23 Oktyabr 2014 10:31 (UTC+04:00)


Bu barədə APA-ya Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov məlumat verib.

Onun sözlərinə görə, ötən gün Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu ilə telefon əlaqəsi yaradıb: "İsrafil müəllim dedi ki, cənazə tapılıb".

S. Mursaqulov həmçinin qeyd edib ki, M. Aşurlunun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib: "Mərhum uzun illər idi, ailəsi ilə birgə ABŞ-da yaşayırdı. Hazırda da ailə üzvləri ABŞ-dadı. Onun harada dəfn ediləcəyi hələlik müəyyənləşməyib".

Qeyd edək ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. O, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.

İsrafil Aşurlu da hadisə ilə əlaqədar Nepala gedib.