“Eldar Əzizov AXCP-nin məktubuna cavab vermir” – İsa Qurbanov

23 Oktyabr 2014 10:48 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt Şəhər Şöbəsinin sədri İsa Qurbanov deyib.

O, konfransın oktyabrın 26-na təyin olunduğunu bildirib: "Məktub rəsmi qaydada Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim olunub. Məktubda 150 nəfərlik zal istənilib. Qanuna görə məktuba 5 gün ərzində cavab verilməlidir, ancaq cavab vermirlər", - deyə Sumqayıt Şəhər Şöbəsinin sədri əlavə edib.


Bahar RÜSTƏMLİ
AzNews.az