İlham Əliyev Rusiya Atıcılıq İttifaqının prezidentini qəbul etdi

23 Oktyabr 2014 13:29 (UTC+04:00)


Görüşdə idmanın müxtəlif növləri, o cümlədən atıcılıq idmanı üzrə ölkəmizdə yüksək standartlara uyğun infrastrukturun yaradıldığı qeyd edildi, mötəbər beynəlxalq idman yarışlarının, eləcə də bu günlərdə Azərbaycanda atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin keçirilməsinin önəmi vurğulandı.

Söhbət zamanı 2015-ci il Avropa Oyunları ilə bağlı məsələlərdən danışıldı, 2017-ci ildə Azərbaycanda keçiriləcək atıcılıq üzrə Avropa çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı bildirildi.