Son bir ayda 521 islamçı yaraqlı öldürüldü

23 Oktyabr 2014 13:42 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Suriya İnsan Haqları Müşahidəsi Qrupu yayıb.

Məlumatda deyilir ki, ölənlərin 462 nəfəri İslam Dövləti yaraqlısı, 57 nəfəri Əl-Qaida ilə bağlı əl-Nusra təşkilatının yaraqlısıdır.

Hava zərbələri ilə ölənlərin 32 nəfəri isə mülki şəxsdir.

Oktyabrın 22-də İraq Kürdüstanı regionunun parlamenti Suriyada kürdlərin yaşadığı Kobaniyə kürd peşmərgələrinin göndərilməsi haqda qərar verib.