ABŞ-dan gələn sərnişinlər hava limanında viza alacaq

23 Oktyabr 2014 14:11 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi xəbər yayıb.

"Azərbaycan Hava Yolları"nın həyata keçirdiyi aviareyslərin sərnişinləri Bakıya gəldikdə Azərbaycan Xarici İşlər Nazirliyinin Heydər Əliyev beynəlxalq hava limanındakı konsulluq şöbəsində birdəfəlik, qısamüddətli (30 günə qədər) viza əldə edə biləcəklər.

Xatırladaq ki, Bakı – Nyu-York - Bakı birbaşa aviareysləri bu il sentyabrın 24-dən həyata keçirilir.