Kobanidə döyüşlər yenidən qızışdı

23 Oktyabr 2014 14:54 (UTC+04:00)


AzNews.az xəbər verir ki, gecə boyunca kürd döyüşçüləri və İslam Dövləti qrupu arasında intensiv atışma olub.

Suriyadakı kürd mənbələri BBC-ə deyib ki, İD döyüşçüləri Kobani şəhər mərkəzini tutmağa cəhd göstərirlər. Türkiyə sərhəddində yerləşən bu şəhərdə İD-nin bir çox ərazilərdə mövqeyini bərpa etdiyi hiss olunub.

Bu arada, tibbi mənbələr çoxlu itkilərin olması barədə məlumat versə də, ölən və ya yaralananların sayını açıqlamayıb.