Xoşqədəm Hidayətqızı: “Ayrı qala bilmərəm”

24 Oktyabr 2014 10:45 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Jurnalist xanım öz Facebook profilindən məlumat yayaraq hər şeyə bu həftənin bazar günü aydınlıq gətirəcəyini bildirib:
"Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsr kimi oldu. Mən "Səni axtarıram"sız qala bilmərəm. Amma elə bilməyin ki, bu 3 gündə axtarışları unutdum, yox əksinə, 3 ildir aparılan axtarışları yekunlaşdırdım. Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm. Və bir məlumatı da verim. Ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar saat 22:00 buraxılışımızda münasibət bildirəcəyəm. Allah hər kəsə kömək olsun. O cümlədən "Səni axtarıram"a ümid yeri kimi baxan hər kəsə. Amin!"

Xəyal Əzizov
AzNews.az